Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO

Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO
237571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçayda əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb.

Ondan 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Araşdırmalar davam etdirilir.


Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO - foto 1
Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO - foto 2
Göyçayda əməliyyat keçirildi: 18 nəfər tutuldu – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO