Bakıda narkopriton əməliyyatı: Saxlanılanlar var - VİDEO

Bakıda narkopriton əməliyyatı: Saxlanılanlar var - VİDEO

Hazırda oxunan: Bakıda narkopriton əməliyyatı: Saxlanılanlar var - VİDEO
236860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Nizami rayonunda narkopriton aşkar edilib.

Bizim.Media xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan, əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
 

Bundan başqa, rayonun Keşlə qəsəbəsində həyata keçirilən digər əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.


Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bakıda narkopriton əməliyyatı: Saxlanılanlar var - VİDEO - foto 1
Bakıda narkopriton əməliyyatı: Saxlanılanlar var - VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO