Bu şəxslərə 10 000 manata yaxın pul veriləcək – ADLAR

Bu şəxslərə 10 000 manata yaxın pul veriləcək – ADLAR

Hazırda oxunan: Bu şəxslərə 10 000 manata yaxın pul veriləcək – ADLAR
236655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır.

Bizim.Media “iqtisadiyyat.az”a istinadla xəbər verir ki, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu

2) Camalov Vüqar Vaqif oğlu

3) Əliyev Rüstəm Qədim oğlu

4) Paşayev İlqar Əli oğlu

5) Rzayev Yavər Maarif oğlu

6) Hüseynli Səbinə Vaqif qızı

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.

Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO