Azərbaycan saytlarına növbəti kiberhücumun da qarşısı alındı

Azərbaycan saytlarına növbəti kiberhücumun da qarşısı alındı

Hazırda oxunan: Azərbaycan saytlarına növbəti kiberhücumun da qarşısı alındı
236072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Global Media Group"a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.

Bizim.Media xəbər verir ki, nəticədə "Report.az", "Oxu.az", "Media.az", "Caliber.az", "Baku.ws" saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.

"Global Media Group"un açıqlamasında deyilir:

"Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.

Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.

Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.

Redaksiya heyətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlarımızın işini tam bərpa edəcəyik!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO