Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi -  FOTO

Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi - FOTO

Hazırda oxunan: Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi - FOTO

235830
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə bir lüqustr ağacının kəsildiyi, bir əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO