Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO

Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO

Hazırda oxunan: Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO
235570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

19 fevral 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur təşkil edilib.

Bizim.Media xəbər verir ki, tədbirin əsas məqsədi media nümayəndələrini inklüziv məşğulluq modeli ilə tanış etmək və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Tədbir çərçivəsində media nümayəndələri kafenin fəaliyyəti ilə yaxından tanış olaraq, peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti barədə məlumat əldə ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında inklüziv məşğulluğun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, medianın bu mövzuya diqqət yetirməsinin autizmli gənclərin sosial inteqrasiyasına mühüm töhfə verəcəyini bildirib.
 

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova isə öz növbəsində “Kaşalata” kafenin autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platforma olduğunu qeyd edərək, bu təşəbbüsün davamlı və geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb.


Tədbirin sonunda autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib.

Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 1
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 2
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 3
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 4
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 5
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 6
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafeyə mediatur TƏŞKİL EDİLDİ - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO