“Şəki Qala” və “Xal-xal” restoranlarının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Şəki Qala” və “Xal-xal” restoranlarının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Şəki Qala” və “Xal-xal” restoranlarının sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
234550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi paytaxtın Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metrosunu birləşdirəcək yolun tikintisinə başlanılıb. Artıq yeni yolun inşasına görə məşhur “Keşlə bazarı” və ona bitişik bəzi tikililər sökülür.
 

Əldə etdiyimiz məlumata görə Akademik Həsən Əliyev küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Koroğlu metrosuna qədər uzanacaq yeni yolun tikintisinə görə ərazidəki bir sıra obyektlər söküləcək.


Söküləcək obyektlər arasında məşur “Şəki Qala” və “Xal-xal” restoranlarının da olduğu iddia edilir.

Məlumatı dəqiqləşdirmək üçün hər iki restoranla əlaqə saxladıq. Lakin bizimlə danışan restoran əməkdaşları müdiriyyətin hazırda iş yerində olmadığını bildirərək, hər hansı məlumat verməyiblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yeni tikiləcək yol 2 tərəfli və 6 zolaqlı olacaq:

“Ona görə də bəzi ərazilərdə genişləndirmə işləri aparılacaq. Buna görə bəzi iaşə və ticarət obyektlərinin köçürülməsi zərurəti yaranacaq. Hələlik, layihələndirmə və qiymətləndirmə işləri aparılır. Hansı obyektlərin söküləcəyi isə yaxın zamanda bilinəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO