Ağdamın işğalı günündə mənəvi terror aparan telekanalları görmürsünüz?!..  -  Qarabağ Qazisi

Ağdamın işğalı günündə mənəvi terror aparan telekanalları görmürsünüz?!.. - Qarabağ Qazisi

Hazırda oxunan: Ağdamın işğalı günündə mənəvi terror aparan telekanalları görmürsünüz?!.. - Qarabağ Qazisi

233946
Dünən – 23 iyul Ağdamın işğalının 25-ci “qara yubileyi” günü bir sıra milli(?) hesab edilən telekanallar, xüsusən “ATV” və “Space”xa0 şəhidlərimizin ruhuna qarşı açıq xəyanətkar bir mövqe tutaraq bayağı, çal-çağırlı verilişlərini dayandırmayıblar.xa0xa0

Bu isəxa0 Vətən, Qarabağ qeyrətli tamaşaçıların, xüsusən Qarabağ qaziləri və məcburi köçkünlərin haqlı qəzəbinə səbəb olub.xa0

20 Yanvar faciəsi zamanı həbs edilərək Rusiya türmələrində işgəncələrə məruz qalmış tanınmış Qarabağ qazisi,xa0 Vaqif Əlisoyxa0 “Facebook” statusundaxa0 öz hiddətini belə ifadə edib:

“Millətin əsəbləri ilə oynayırlar... Hara baxırsınız MTRŞ - nın sədri Nuşiravan Məhərrəmli? Hara baxır Prezident Administrasiyası? İndi gözləyirsiniz ki,xa0 bir adamın əlindən xata çıxsın?.. Bəs bu telekanalların mənəvi terrorunu görmürsünüz? Görmürsünüz bizi ələ salıb əsəblərimizi oynadırlar? Hara baxırsinız, nüfuzlu, adlı-sanlı, qarabağlı, ağdamlı şair və yazıçılar?xa0

Dəfələrlə sizə müraciət olunub bu haqda. Amma yenə öz bildiyinizdəsiniz... Bu gün bir daha bunu sübut etdiniz. 6 mindən yuxarı şəhid verən AĞDAMIN işğalını toy - bayram kimi qeyd etdiniz. Tüpürüm o konsertləri, verilişləri təşkil edənlərin, onun aparıcılarının, iştirakçılarının, onlara əl çalanlarınxa0 kişiliyinə, qeyrətinə! Siz bütün Qarabağ şəhid , əlil və veteranlını , onların simasında bu xalqı təhqir etdiniz. Qarabağlı jurnalistlər siz də susacaqsınız?..

Dəyərli döyüşçü qardaşlarım, təklif edirəm ki, nüfuzlu Qarabağ əlil və veteranlarından ibarət( amma sözünü KİŞİ kimi deyən , yaltaq yox) 10 - 15 nəfərlik bir heyət təşkil edib əlaqədar qurumlarla görüşlər keçirək. Kəskin tələb qoyaq. Buna bizim haqqımız var. Bir bədbəxt hadisə baş verməmiş qarşısını alaq. Axı bu döyüş görmüş insanların arasında eləsi tapıla bilər ki , əsəbləri dözməsin. Allah bu millətə mənəvi terror edənlərə lənət etsin!. Sonra deməyin ki , demədilər…” - deyəxa0 Qarabağ qazisi fikrini tamamlayıb.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO