Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO

Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO

Hazırda oxunan: Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO
233829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hərbi dənizçilərimiz "AMAN-25" çoxmillətli təlimi və dialoqunda iştirak edir

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqunda iştirak edir.


Dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.

Qeyd edilib ki, liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə ("AMAN-25") isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.

“Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.

Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən "AMAN-25" çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.

Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO - foto 1
Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO - foto 2
Hərbi dənizçilərimiz PAKİSTANDA – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO