Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO

Hazırda oxunan: Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO
233418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasının “TÜRKKEP” şirkətinin rəhbər şəxsləri və Slovakiya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
 

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.


Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, səyyar “ASAN xidmət”in, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olublar.

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO - foto 1
Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO - foto 2
Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO - foto 3
Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO