SON DƏQİQƏ: Şahnaz Bəylərqızı SAXLANILDI

SON DƏQİQƏ: Şahnaz Bəylərqızı SAXLANILDI

Hazırda oxunan: SON DƏQİQƏ: Şahnaz Bəylərqızı SAXLANILDI
233399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Toplum TV" işi üzrə daha bir nəfər - jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb və araşdırma aparılır.

Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO