Ürək üçün ən zərərli TƏRƏVƏZ

Ürək üçün ən zərərli TƏRƏVƏZ

Hazırda oxunan: Ürək üçün ən zərərli TƏRƏVƏZ
233070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dietoloqlar populyar bir tərəvəzin ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər. 

Bizim.Media “milli.az”а istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kartofun həddindən artıq istehlakı ürək-damar sisteminin fəaliyyətinə zərər verə bilər. 

Bunun əsas səbəbi kartofun tərkibindəki yüksək nişasta miqdarıdır. Nişasta orqanizmdə sürətlə qlükozaya çevrilir və qan şəkərinin kəskin artmasına səbəb olur.
 

Bu isə öz növbəsində yüksək təzyiq, ateroskleroz və ürək xəstəlikləri riskini artırır. Xüsusilə kartof qızartması və çipslər kimi qızardılmış yeməklər təhlükəlidir, çünki onlar tərkibində çoxlu trans yağlar və duz saxlayır. 


Həkimlər kartofun miqdarını nəzarətdə saxlamağı, onu daha çox sobada bişmiş və ya qaynadılmış formada istehlak etməyi tövsiyə edirlər. Bundan əlavə, kartofu lif baxımından zəngin tərəvəzlərlə birlikdə yemək daha sağlam seçimdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO