Ağcabədidəki partlayışda həlak olanlar dəfn edildilər

Ağcabədidəki partlayışda həlak olanlar dəfn edildilər

Hazırda oxunan: Ağcabədidəki partlayışda həlak olanlar dəfn edildilər
232732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, hadisə qurbanları Şamiq Quliyev, Bəhruz Quliyev və Natiq Quliyev ailənin yaşadığı Hindarxda qəsəbə qəbiristanlığında dəfn edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağcabədidə AİLƏ FACİƏSİ - Dəhşətli partlayışın baş verdiyi evdən VİDEOREPORTAJ


Babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd və Murad Məmmədli qardaşları yaşadıqları kəndin qəbiristanlığında torpağa tapşırılıb.


Ailənin digər üzvləri Ülviyyə Məmmədli (Məhəmməd və Muradın anası - red.) və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Xatırladaq ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir:

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO