Bu insanlar spirtli içkidən tam imtina etməlidir

Bu insanlar spirtli içkidən tam imtina etməlidir

Hazırda oxunan: Bu insanlar spirtli içkidən tam imtina etməlidir
232726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hepatit viruslu insanlarda qaraciyər sirrozu sürətli inkişaf edə bilər.

Bizim.Media “medicina.az”a istinadən xəbər verir ki, narkoloq Vitali Koldin hepatit ola-ola spirtli içki içməyin təsirindən danışıb.
 

"Qaraciyərin içkidən ağır zədələnməsinin ən böyük riski hepatitli insanlarda olur. Bu xəstəlik xüsusilə təhlükəlidir, çünki illərlə simptosuz inkişaf edə bilər. Minlərlə insan hələ hepatit olduğunu bilmir.


İçkilərin tərkibində olan etanol qaraciyərə son dərəcə mənfi təsir göstərir. Əgər o, artıq A, B, C hepatitlərindən təsirlənibsə, o zaman xəstə orqan spirtin parçalanmasının öhdəsindən gələ bilmir.

İnsan keçmişdə hepatit keçirsə belə, spirtli içkilərdən tamamilə imtina etməlidir. Zəifləmiş qaraciyəri olan bir şəxs az və ya çox müntəzəm olaraq spirt içirsə, qaraciyərdə fibroz inkişaf edir, qaraciyər toxumasında çapıqların sirroza çevrilmə ehtimalı yüksəlir.

Hətta sağlam bir insan üçün də alkoqolun təhlükəsiz dozası yoxdur”, - Koldin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO