“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO

Hazırda oxunan: “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO
232077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə təlimlərini uğurla tamamlayıb. Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.
 

Layihə çərçivəsində iştirakçılar yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb. Təlimlər zamanı onlara modelyer-dizayner peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib. Praktiki biliklərlə yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.


Sosial məsuliyyəti əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən “Nar” inklüzivlik, təhsil və regional inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO - foto 1
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO - foto 2
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO - foto 3
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO