Kimlərə banan yemək qəti olmaz?

Kimlərə banan yemək qəti olmaz?

Hazırda oxunan: Kimlərə banan yemək qəti olmaz?
231612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Banan nə qədər yumşaq, faydalı meyvə olsa da bəzi xəstələrdə xəstəliyi daha da kəskinləşdirə bilər.

Bizim.Media Medicina-ya istinadən xəbər verir ki, Qastroenteroloq Svetlana İlyaşenko mədə-bağırsaq xəstəlikləri olan insanların banandan uzaq durmalarını tövsiyə edib:

“Banan B qrup vitaminləri, C vitamini, dəmir, kalsium, kalium, flüor və fosfor kimi faydalı maddələrlə zəngindir. Bununla belə, bu meyvələrin istifadəsi mədənin eroziv və xoralı zədələnməsi hallarında əks göstərişdir”.

Həkim əlavə edib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlar üçün də bananı qida rasionundan çıxarmaq daha yaxşıdır:
 

“Bu tip meyvələr həll olunan lif və şəkərlərlə zəngindir, mədə-bağırsaq traktında mövcud problemlər varsa, banan yemək narahat və ağrılı simptomlara, o cümlədən şiddətli şişkinlik və meteorizmə səbəb ola bilər. Banan kaliumla zəngindir və bu, böyrək problemi olan insanlar üçün zərərli ola bilər. Böyrəklər qanda kalium səviyyəsinə nəzarət edən orqandır və onunla zəngin olan bananlar bu orqanın yüklənməsinə kömək edə bilər”.


Bundan əlavə, həkimlər acqarına banan yeməyin təhlükələri barədə xəbərdarlıq edirlər. Bu zaman qanda nəinki şəkərin miqdarı kəskin şəkildə artır, həm də onlarda mövcud olan minerallar da sürətlə udulur. Nəticədə bədəndə kalium və maqnezium balansı pozula bilər ki, bu da ürək əzələsinin işləməməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO