İki nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN VİDEOSU

İki nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN VİDEOSU

Hazırda oxunan: İki nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN VİDEOSU
231313
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 16-da Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

Bizim.Media “avtosfer.az”a istinadən xəbər verir ki, görüntülərdən “Kia” və "Hyundai" markalı avtomobillərin ötüşməsi və bu zaman qəzaya uğramaları görünür.

Belə ki, yüksək sürət yığan avtomobillərdən biri prospektdəki piyadanı vurmamaq üçün manevr edərkən idarəetməni itirərək digər maşına çırpılıb. Onlar yol kənarındakı işıqlandırma dirəyini qıraraq yaşıllıq zonasına çıxıblar. Hadisə zamanı “Kia” markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb. Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yolboyu yüksək sürətlə hərəkət ediblər.

Xatırladaq ki, yanvarın 16-da saat 20:40-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO