Astarada ağır qəza: Əkiz bacılar xəsarət aldı

Astarada ağır qəza: Əkiz bacılar xəsarət aldı

Hazırda oxunan: Astarada ağır qəza: Əkiz bacılar xəsarət aldı
230750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı əkiz bacılar xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, qəza Telman kəndi ərazisində, köhnə Ələt-Astara magistralında baş verib. 

Hadisə zamanı "Hyundai" markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə Astara rayonundan olan 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovalar müxtəlif bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinə uyğun müalicə müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO