Gimnastika Məktəbi "Elf Diyarı" adlı möhtəşəm tədbirə imza atdı - FOTO

Gimnastika Məktəbi "Elf Diyarı" adlı möhtəşəm tədbirə imza atdı - FOTO

Hazırda oxunan: Gimnastika Məktəbi "Elf Diyarı" adlı möhtəşəm tədbirə imza atdı - FOTO
230584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İOEUG Gimnastika Məktəbi "Elf Diyarı" adlı Yeni il şousu ilə xüsusi və möhtəşəm bir tədbirə imza atdı.

Bizim.Media xəbər verir ki tədbirin əvvəlində Qazaxıstanın Aktau şəhərində baş vermiş faciəvi təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

Gimnastika məktəbimizdə təşkil olunan bu əyləncəli və rəngarəng şouda gimnastika bacarıqlarını əyləncəli şəkildə təqdim edən gimnastlar, yeni il mövsümünün sehrini canlandırdılar.


Elf Diyarında Yeni İl şousu, məktəbin müxtəlif yaş qruplarından olan gimnastlarının iştirakı ilə təşkil edildi. Məşhur uşaq nağıllarından ilham alınaraq qurulan şouda, balaca iştirakçılar elf obrazlarını canlandırdı, musiqi və rəqslə Yeni İl mövsümünün sevincli atmosferini yaşatdılar. Şouda müxtəlif gimnastika növlərindən istifadə edilərək bədii təqdimatlar, akrobatik hərəkətlər və rəqslər bir araya gətirildi.

Gimnastika Məktəbi rəhbərliyi, bu tip tədbirlərin uşaqların sosial bacarıqlarını inkişaf etdirmək, onları komandada işləməyə təşviq etmək və Yeni İl ruhunu bir arada paylaşmaq baxımından çox önəmli olduğunu vurğuladı. Məktəbin gələcəkdə də belə şoular təşkil etməyi və gimnastika sənətini daha geniş auditoriyaya tanıtmağı hədəflədiyini bildirdi.

Şouda iştirak edən hər kəsin üzündə sevinc və məmnuniyyət dolu anlar yaşandı və məktəbimiz, bir daha idmanın əyləncə və incəsənətlə necə harmoniya təşkil etdiyini nümayiş etdirdi.

Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi
Gimnastika Məktəbi


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO