ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO

Hazırda oxunan: ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO
230496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanı ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Mətanət Mustafayeva təbiət elmləri fənni üzrə qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı Mətanət Mustafayeva ilə həmsöhbət olub.

Müsahibimizin 13 yaşı var, Azərbaycan Britaniya məktəbində 8-ci sinifdə təhsil alır. Deyir ki, hələ üçüncü sinifdə oxuyarkən müəllimi onda təbiət elmlərinə maraq yaradıb.

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 5


Mətanət Mustafayeva təbiət elmləri fənnini yaxşı bildiyi üçün anasının olimpiada haqqında elanı göstərməsi ilə özünü sınamaq qərarına gəlib. Özü sərbəst şəkildə hazırlaşıb, məktəb biliyi ilə imtahan verib:

“Bəzi mövzuları məktəbdə öyrənmədiyimiz üçün internetdə araşdırdım. Daha çox astronomiya və fizika fənni üzrə hazırlaşdım. Əvvəlcə Azərbaycanda, daha sonra Amerikada keçirilən olimpiadada qızıl medal qazandım. Fəxr edirəm ki, Azərbaycan Bayrağını başqa ölkələrdə qaldıra bildim”.

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 6


Müsahibimiz ongünlük yarışma müddətində NASA-ya getmək şansını da əldə edib: “Amerikada universitet və məktəblərə, muzeylərə apardılar, professorlar və astronomlarla tanış olduq. Ən çox sevdiyim NASA-ya getməyimiz oldu. Orada astronomlara suallarımı vermişdim və onlar da sualımı bəyənmişdilər”.

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 7


Həmsöhbətimiz daha əvvəl FISO Olimpiadasında da ingilis dili və elm fənləri üzrə iştirak edib. Ölkə üzrə hər iki fəndən qızıl, dünya üzrə ingilis dilindən gümüş, elm fənnindən qızıl medal qazanıb.

Albert Eynşteyni özünə kumir kimi seçən müsahibimiz hazırda elmə maraq göstərsə də, gələcəkdə bu sahə üzrə işləməyi planlaşdırmır: “Elmi çox sevirəm, lakin gələcəkdə hüquqşünas olmaq istəyirəm. Oksford Universitetinə qəbul olmaq üçün hazırlaşıram. Fikrimcə, olimpiadalarda qalib olmaq bu yolda mənə kömək edəcək”.

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 8


Mətanət Mustafayeva təhsil həyatı ilə yanaşı, hobbilərinə də vaxt ayırmağa çalışır: “Boş vaxtım az olur. Amma buna baxmayaraq, pianoda ifa edirəm, şahmat oynayıram, boyalarla rəsm çəkirəm, eyni zamanda, qrafik rəsmlər çəkirəm. Bunlarla yanaşı, dil biliklərimi təkmilləşdirirəm.

Hazırda fransız və alman dillərini öyrənirəm”.

Mətanət onun kimi uğurlu olmaq istəyən yaşıdlarına daima dərslərinə diqqətlə yanaşmağı, çox çalışmağı tövsiyə edib. Deyir ki, vaxtla işləməyi öyrənsələr, yaxşı nəticələr qazana bilərlər.


ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 1
ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 2
ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 3
ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ -FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO