Dumanlı hava nə vaxta kimi davam edəcək?

Dumanlı hava nə vaxta kimi davam edəcək?

Hazırda oxunan: Dumanlı hava nə vaxta kimi davam edəcək?
229959
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.

“Dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir. Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur".

Xidmət rəsmisi qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar, qış fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO