DİQQƏT: Əlahiddə Ümumqoşun Ordu sürücü axtarır - FOTO

DİQQƏT: Əlahiddə Ümumqoşun Ordu sürücü axtarır - FOTO

Hazırda oxunan: DİQQƏT: Əlahiddə Ümumqoşun Ordu sürücü axtarır - FOTO
229534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.

C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, tərcümeyi-hal, rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış tələb olunan sənədlərdir.

DİQQƏT: Əlahiddə Ümumqoşun Ordu sürücü axtarır - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO