Qubadlıda yük avtomobili aşdı: Sürücü xəsarət aldı

Qubadlıda yük avtomobili aşdı: Sürücü xəsarət aldı

Hazırda oxunan: Qubadlıda yük avtomobili aşdı: Sürücü xəsarət aldı
229243
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubadlı rayonunun Hal kəndi ərazisində “İVECO” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Onlar deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan,1995-ci il təvəllüdlü Kənan Səyyad oğlu Rəhimlini çıxarıb təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO