Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO

Hazırda oxunan: Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO
228483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır.

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar - Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə "İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm" adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təminatı, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO - foto 1
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO