Gerçək Allah dini və Kitabı kimindirsə - Qüds onunkudur...

Gerçək Allah dini və Kitabı kimindirsə - Qüds onunkudur...

Hazırda oxunan: Gerçək Allah dini və Kitabı kimindirsə - Qüds onunkudur...

227968
Qüdsün də, Qarabağın da azadlığı qəlbimizdəki qüdsiyyətdən keçir...xa0

“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidul-Həramdan çevrəsini mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır (müqəddəsdir). O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra surəsi, ayə-1).xa0xa0

Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın Allah-Təala ilə görüşə getdiyi İsra və Merac olaylarına toxunulan buxa0 ayədə hazırda İsrail rejiminin işğalı altında olan Qüds şəhərindəki Məscidül-əqsadan “çevrəsini mübarək etldiyimiz” şəklində bəhs edilir. Bir sıra təfsirçilərə görə, “Məscidül-əqsanın çevrəsi” deyiləndəxa0 isəxa0 məhz başda Qüds olmaqla digər Fələstin torpaqları nəzərdə tutulur... Təəssüf ki, İslam düşmənlərinə xidmət edən və “ilahiyyatçı”, “din xadimi” qılafına girmiş bəzixa0 xəyanətkarlar mətbuatdamütəmadi olaraq istər Qurani-Kərimdə, istərsə də Peyğəmbər(s) hədislərində Qüdsdən bəhs olunmadığını iddia edirlər...

Ümumiyyətlə, son vaxtlar Azərbaycan müsəlmanlarını mümkün qədər Fələstindən, Qüdsdən uzaq tutmaq kampaniyası aparılır ki, bunun da arxasında sionizm dayanır.xa0 Halbuki, bu gün Qüdsün, Fələstinin taleyi ilə maraqlanmayan müsəlmanxa0 sabah öz ölkəsini də bütövlükdə anqlosaks və sionistlərin işğalı altında görəcək...

Beynəlxalq Yəhudi Təşkilatı da Trampın Qüds qərarının əleyhinədir...xa0

“ABŞ prezidenti” adlanan, əslində isə transmilli sələmçi, sionist oliqarxların oyuncağı olan Donald Trampın ağalarının xidmətində duraraq əsas dini məbədlərin, abidələrin cəmləşdiyi Şərqi Qüds də daxil olmaqla bütövlükdə Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi və ABŞ səfirliyinə oraya köçürməsi artıq bıçağın sümüyə dirənməsi deməkdir... Bu qərar o dərəcədə ədalətsizdir ki, hətta ABŞ-ın müttəfiqləri sayılan bir sıra xristian dövlətləri də kəskin şəkildə onun əleyhinə çıxış etməkdədirlər. Təhlillər göstərir ki, İsrail rejimininxa0 təbliğat maşınının basqısı altında olan yəhudi xalqının əksər hissəsi də bu qərarın əleyhinədir. Ağlı yerində olan xalq öz qonşusu ilə, az qala, bir əsrə yaxın uzanan ədalətsiz silahlı münaqişə şəraitində yaşamaq, bu münaqişəninxa0 daha da qızışmasını istəməz...


Məlum olduğu kimi, yəhudilərin 1935-ci ildən bəri fəlaiyyət göstərənBeynəlxalq Yəhudi dini hərəkatı - “Neturey karto”x9dda dəfələrlə ABŞ-ın bir sıra şəhərlərində, o cümlədən Nyu-Yorkda– BMT-nin baş qərargahı önündə D. Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarına qarşı qəti etiraz aksiyaları keçirib. “Biz ABŞ prezidenti Donald Trampı Yerusəlimlə(yəhudilər Qüdsü belə adlandırır-S.L.) bağlı qərarına yenidən baxmağa, yəhudi və fələstinlilərin hüquqlarını qorumağa çağırırıq. İsraili dəstəkləmək - yəhudilərə dəstək demək deyil”x9d,- deyə Beynəlxalq Yəhudi hərəkatının rəhbəri David Feldmanxa0 öz çıxışında bəyan edib.xa0

BMT-nin baş qərargahı önünə çıxan yəhudi aksiya iştirakçıları əllərində İsrail rejiminə və sionizmə qarşı gözlənilməz vəxa0 sərtxa0 şüarlar yazılmış plakatlar tutublar: “İudaizm sionizmi və İsrail dövlətini rədd edir!”x9d, “İsrail müqəddəs torpaqları işğal edib!”,xa0 “Dünya bilməlidir ki, İsrail - Yəhudi dövləti deyil!”x9d, “Fələstin torpaqları fələstinlilərə qaytarılmalıdır!” və s.


Bütün bunlar İsrail rejiminin Qüdslə, Fələstinlə bağlı mövqeyinin və buna dəstək verən bambılı Trampın bütün planeti xaosa sürükləyə biləcək məlum qərarının nə dərəcədə ədalətsiz olduğunu göstərən faktlardır...xa0

Müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin(s) Meracına şahidlik edən məkan...

Doğrudur, Qüds, səmavi, yəni vəhyə dayanan bütün dinlərdə müqəddəs sayılan bir şəhərdir.Çünki bir olan Allahın insanları doğru yola yönəltmələri üçünxa0 Yer üzünə göndərdiyixa0 peyğəmbərlərin bir çoxu bu şəhərdə yaşamış və ya ən azından həyatlarının bir hissəsini bu şəhərdə keçirmişlər. Eyni zamanda həmin peyğəmbərlərdən bəzilərinin ibadətgah kimi istifadə etdikləri məkanlar da bu şəhərdədir.

Qüds- yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir. Xristianlar üçünxa0 xa0bu şəhər İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, “çarmıxa çəkildiyi” və zühur etdiyi yerdir.

İslamda isə Qüds daha özəl bir yerə və müqəddəsliyə sahibdir. Elə adı da bu yerinə və müqəddəsliyinə işarə edir. Müsəlmanların ilk qibləsi olan Məscidul-Əqsanı qoynunda saxlaması və Hz. Peyğəmbərin (s) İsra və Merac möcüzələrinə şahid olması bu üstünlüyünün səbəblərinin başında gəlir...

Beləliklə,xa0 bu nəticəyə gəlirik ki, Qüds –hər üç səmavi din tərəfdarları üçün müqəddəs şəhərdir. Amma bu gün sionizmin daşıyıcısı olan ABŞ-ın və Avropanın da bəzi xristian dövlətlərinin dəstək verdiyi İsrail bu şəhərin əsl sahibinin yalnız yəhudilərin olduğunu iddia etməklə bütün dünyaya Qüdsü öz paytaxtı kimi tanıtmağa çalışır Xristianlıqdan törəmiş, lakiniudaizmə və sionizmə yaxın əqidədə olan protestant, yaxud yevangelist təriqətləri də bu cür düşünən yəhudilərə dəstək verir.xa0 xa0Biz, müsəlmanlar, dözümlülük və səbr nümayiş etdirərək yəhudi və xristianların da Qüdsdəki payını qəbul edirik və Qiyamətədək bu cür qəbullanıb yaşamağa hazırıq. Ancaq əgər hansısa tərəf Qüdsün yalnız onlara məxsus olduğunu iddia edərək ciddi-cəhdlə bu müqəddəs şəhərə sahiblənməyə çalışırsa, onda biz möminlər də Allah qatında gerçək olan məntiqlərimizi irəli sürə bilərik...xa0

Saxtakar və zülmkarların Qüdsdə yaşamağa haqqı yoxdur...

Sual olunur: Qüdsə iddia edən hansı din mənsublarının səmavi Kitabı bu günədək Allahın endirdiyi şəkildə, heç bir hərfinə toxunulmadan, təhrifə uğramadan qorunub saxlanmışdır. Başqa sözlə, kimlər – hansı din mənsubları öz Kitablarını saxtalaşdırmağa, öz bildikləri kimi dəyişməyə cəhd etmişdir? Zəbur, Tövrat, İncil və Quran- bu Kitablardan hansı bir hərfi, bir məna çaları belə dəyişilmədən bu günədək gəlib çıxmışdır? Vicdanlı iudaist və xristianlar da etiraf edəcəklər ki, yalnız Quran... Zəburu da, Tövratı da, İncili də haham və keşişlər öz bildikləri kimi dəyişdirmiş, dünyəvi həyatlarına, acgöz nəfslərini doydurmalarına, hakimiyyətə yiyələnmələrinə, mal-dövlət toplamalarınamaneə ola bilən, o cümlədən Məhəmməd Peyğəmbərin(s) gələcəyinəişarə edən, donuz ətini və alkoqollu içkini haram buyuran hissələri tamamilə çıxarmış, təhriflər və əlavələr etmişlər. Bugünkü yəhudilər İbrahim,İshaq, Yaqub, Yusif, Musa, Davud, Süleymanvə s. peyğəmbərlərə, xristianlar İsa peyğəmbərəAllah tərəfindən vəhy edilmiş o dövrlər üçün əsl dinə riayət edirlərmi? Xeyr. O halda saxtakar dindarların Qüds kimi müqəddəs bir şəhərdə yaşamağa haqqı varmı?.. Bu məntiqlə yalnızxa0 1400 ildənxa0 çox müddətdə bir hərfinə belə toxunulmamışxa0 Quran əsasında və Yaradanın Peyğəmbərimiz(s) Məhəmməd əleyhissəlama nazil etdiyi həminxa0 Kitab vasitəsilə yaydığı son ən mükəmməd dinin -İslamın qaydaları üzrə yaşayan müsəlmanlar nəinki Qüdsə, bütün dünyanın əsl sakinləri kimi yaşamağı haqq etmişlər... Doğrudur, müsəlmanlar arasında da İslam dininə lazımınca riayət etməyənlər xeylidir. Ancaq ən əsası, odur ki, İslam ardıcılları xristianlar kimi öz peyğəmbərlərini “Allahın oğlu” adlandırmır, yəhudilər kimi Yaradanı müəyyən bir məkana, formaya malikxa0 varlıq kimi tanıyaraq ən böyük günaha -şirkə qapılmırlar. Digər tərəfdən, 70 ilə yaxındır ki, Fələstini qan çanağına döndərmiş, bu yurdun, uşaq, qadın və qocalarına qarşı vəhşiliyin hər türlü, görünməmiş növlərini tətbiq etmiş, yeni doğulmuş körpələri, iki ayağı, qolu olmayan əlilləri belə, terrorçu qismində qətlə yetirmiş İsrail kimi terrorçu bir dövlətin Qüds kimi adında müqəddəslik yaşadan, lap öz adlandırdıqları “Yerusəlim” adıyla “sülh şəhəri” adı daşıyan bir şəhərə iddia etməyə haqqı varmı?..

Tarixə gəldikdə, tarixi mənbələr də təsdiqləyir ki, Qüds və ətraf ərazilərdə ilk yaşayanlar və bu şəhəri salanlar yəhudilər deyil, sami kökənli yevus xalqı olub...

Əslində Qüdsxa0 qurulduğu gündən, orada Allahınxa0 peyğəmbərləri zühur etdikləri gündən bəri bir İslam şəhəridir. Çünki ilk insan və Peyğəmbər olan Adəm əleyhissəlamdan Peyğəmbərimizədək(s)xa0 Yaradanın göndərdiyi bütün nəbi və rəsullar Allaha tam təslim olduqlarından mahiyyətcə müsəlman olmuşlar. Axı İslam sözünün mənası “Allaha təslim olmaq” deməkdir... Bu mənadaxa0 Qüds də müsəlmanlığı təlqin edən vəhyin, ilahi təbliğin həyata keçirildiyi bir peyğəmbərlik müəssisəsi rolunu yerinə yetirmişdir. Allah bütün peyğəmbərlərin insanlara eyni bir gerçəyi təbliğ etdikləri mövzusunda belə buyurur: “(Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!” (Fussilət surəsi, ayə-43).xa0
İslam vəhy dinidir, Qüds də vəhyi simvolizə edən bir məkandır...

Qüds – Peyğəmbərlər şəhəri və İslam dininin rəmzidir...

Sionistlər yəhudiləri Qüds torpaqlarına toplamaq üçün əllərindəki təhrifə uğradılmış Tövratdan çıxardıqları bir neçə uydurulmuş hekayələrin təbliğiylə bəhrələnməyə çalışırlar. Amma Rəbbimiz Özünün vəhy etdiyi kimi də 14 əsr ərzində mühafizə etdiyi Qurani-Kərimdəxa0 peyğəmbərlərin gerçək varislərinin yalnız tövhid inancına sahib olan möminlər olduğunu bir neçə məqamda vurğulayır. Məsələn, bir ayədə Yaradan belə buyurur: “Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir.” (Ali-İmran surəsi, ayə-68). Bunun səbəbi isə İbrahimin (ə) hənif bir müsəlman olmasıdır. “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq batildən haqqa dönən (haqqa tapınan) bir müsəlman idi və müşriklərdən də deyildi.” (Ali-İmran surəsi, ayə-67).xa0

Bu, digər bütün peyğəmbərlərəxa0 də aiddir. Həqiqətəndə İbrahimin (ə) və onun nəvəsi olan eyni zamanda İsrail oğullarının atası olaraq bilinən və Qurani-Kərimdə iki yerdə adı “İsrail” olaraq anılan (bax. Ali-İmran, ayə-93; Məryəm, ayə-58) Hz. Yaqubun (ə) oğullarına tövsiyəsi haqqında belə buyurulur: “İbrahim də bunu öz oğullarına vəsiyyət etdi. Yaqub da. (Onların hər biri:) “Oğullarım, həqiqətən, Allah sizin üçün o dini (İslamı) seçdi. O halda siz də ancaq müsəlman olaraq ölün!” (-dedi)” (Bəqərə surəsi, ayə-132).xa0

Beləliklə, Qüds bir peyğəmbərlər şəhəri və İslam dininin rəmzidir. Odur ki, bu şəhərin gerçək sahibləri də peyğəmbərlərin həqiqi varisləri və hənif-İslam dininin mənsubları olan möminlər və deməli, yuxarıda da vurğuladığımız gerçəklər fonunda müsəlmanlardır. Bir sözlə,xa0 müsəlmanlar Qurani-Kərimdəki əsaslara dayanmaqla Qüds üzərindəki haqlarına sahib çıxmaqda daha çox qərarlı olmalıdırlar...

Qüds ingilis və yəhudilərin himayəsinə keçəndən dünya məhvərindən çıxmışdır...

O da təsadüf deyil ki, yarandığı gündən bu günədəkxa0 Qüds yalnız müsəlmanların himayəsi altında olan dövrlərdə və xüsusən 1517-1917-ci illərdə - 4 əsr ərzində üç dinin məkanı olaraq ən dinc dövrünü yaşamışdır. İngilislər yəhudi və ermənilərxa0 vasitəsilə Qsmanlı dövlətini çökürtməyə nail olduqdan və Qüdsü ələ keçirərək sionistlərin qucağına atdıqdan sonra dünya sanki məhvərindən çıxmış, Balkanlardan, Afrikadan tutmuş Hindistanadək nəhəng bir coğrafiyanı münaqişələr bürümüşdür. Həmin münaqişələrin başında isə məhz Qüdslə bağlı olan İsrail-Fələstin münaqişəsi dayanır. Bu günkü bütün münaqişə, vətəndaş qırğınları və terrorçu hücumların, o cümlədən Qarabağın işğalının səbəbixa0 məhzxa0 Qüds kimi müqəddəs bir məkanın məkrli güclərin əlinə keçməsidir....Vəxa0 əslində orta əsrlərdəki bütün səlib yürüşləri Qüdslə bağlı olduğu kimi, bugünkü Qüds problemi də növbəti səlib yürüşünün tərkib hissəsidir. Sadəcə, bu dəfəki xaçlı yürüşünəxa0 katolik və ortodoks xristianları deyil, ABŞ və İngiltərənin timsalında protestantlar rəhbərlik edirlər. Protestanlıq isə öncə dediyimiz kimi, yəhudiliyə yaxın bir məhzəb kimi tanınır...


Qüds və Fələstin davası – bütün müsəlmanların davasıdır...

Təəssüf ki, bu gün bir sıra müsəlman ölkələrinə yanlış olaraq Qüds və Fələstin davasının yalnız fələstinlilərin və ya ərəblərın işi olduğu təlqin edilir.xa0 Halbuki, öncə bəhs etdiyimiz gerçəklər baxımından bu, bütün müsəlmanların davasıdır. Həqiqətəndə Səlahəddin Əyyubi 1187-ci ildə Qüdsü və Məscidül-əqsanı xaçlılardan qurtarması, onun xaçlı işğalını həzm etməməsi və o müqəddəs məkanlar üçün yuxularının qaçması bir fələstinli, ya da ərəb olmasından deyil, müsəlman olmasından irəli gəlirdi...

Təqdirəlayiqdir ki, xüsusənxa0 1979-cu il İran İslam İnqilabından sonraxa0 İran dövləti və xalqı var gücü ilə Qüdsü və Fələstini himayə etməyə çalışmışdır.xa0 Son iki onillikdə isə bu mübarizəyə Rəcəb Tayyib Ərdoğan başda olmaqlaxa0 Türkiyə dövləti və xalqı da dəstək verməyə başlamışdır.Məhz İran və Türkiyənin kəskin mövqeyi sayəsində Trampın məlum qərarından sonra 50-dək dövlətin iştirakıyla İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilmiş vəxa0 Şərqi Qüdsxa0 Fələstinin paytaxtı elan edilmişdir...Azərbaycanın dövlət başçısı da həmin sammitdə iştirak və çıxış etməklə xalqımızın Qüds uğrunda mübarizəyə dəstəyini ifadə etmişdir...

Hər dəfəxa0 Qüds, Qarabağxa0 deyəndə qəlbimiz titrəsin...xa0

Fələstin xalqının öz azadlığı və ərazi bütövlüyü uğrundakı son 70 illik mübarizəsi bütün müsəlman toplumu üçün bir örnəkdir. Transmilli sələmçi, dələduz oliqarxların idarə etdiyi ABŞ başda olmaqla əksər dünya güclərininxa0 dəstəklədiyi İsrailin blokadaya aldığı, bir sıra ərəb rejimlərinin xəyanətkar mövqeyi ilə üzləşən, nəinki topu, tankı, adi atıcı silahları belə olmayan fələstinlilər əllərinə keçən son daş-kəsək parçasıyla, ət və dırnaqlarıyla düşmənə qarşı mübarizədən geri çəkilmirlər. 7 dən 77-yə, uşaqdan qadına – hər biri Haqq uğrunda cihada sarılmış bu xalq Trampınxa0 Qüdslə bağlı məlum qərarından sonra da dəyanət, mübarizlikxa0 nümunəsi göstərib Böyük Qayıdış yürüşünə çıxaraq onlarlaxa0 şəhid verdi, minlərlə mübariz yaralandı və şikəst oldu. İsrail hərbçiləri 8 aylıq Leyla Ənvər Qəndur da daxil olmaqla 10-a yaxın azyaşlını və 29 yaşlı iki ayağı olmayan İbrahim Əbu Turayya, Fələstində müqavimətin simvoluna çevrilən digər əlil Fadi Əbu Salahı qətlə yetirməklə bir daha sionist rejimin faşizmdən də betər siyasətini ortalığa qoydu. O şəhidlər də , digər müsəlman torpaqları Azərbaycan, Türkiyə, İran, Suriya, İraq, Liviya, Əfqanıstan və s. uğrunda həlak olanlar kimi əsl müqəddəsliyə -Allah dərgahına qovuşdu...xa0

Əslində Qüdsün də, Qarabağın da, Suriyanın da, İraqın da azadlığı biz müsəlmanların qəlbindəki müqəddəsliyə can atmadan – qüdsiyyətdənxa0 keçir.... Yaradanın bu mübarək Ramazan ayında, növbəti Qüds günü ərəfəsində bizə verdiyi fürsətlərdən yararlanmaqla hər birimiz qəlbimizi, nəfsimizi, əməllərimizi çirkinliklərdən elə arındırmalıyıq ki, hər dəfə Qüds, Fələstin, Qarabağ deyəndə qəlbimiz titrəsin və müdəddəs yurdlarımız uğrunda şəhidliyə hazır olaq...

Sultan Laçın

Qeyd.xa0 xa0Məqaləxa0 “Qələm” Yazarlar Birliyinin Qüds mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO