AZAL-ın təyyarəsində həlak olanların xatirəsinə mahnı bəstələndi - VİDEO

AZAL-ın təyyarəsində həlak olanların xatirəsinə mahnı bəstələndi - VİDEO

Hazırda oxunan: AZAL-ın təyyarəsində həlak olanların xatirəsinə mahnı bəstələndi - VİDEO
227942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanlılar Aktau yaxınlığında baş vermiş faciəli təyyarə qəzasının qurbanlarının xatirəsinə "Теңіз-жүрек" ("Dəniz ürəyi") adlı mahnı təqdim ediblər.

Bu barədə Bizim.Media Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

Qazax və Azərbaycan dillərində ifa olunan kompozisiya xalqlar arasında birlik və səmimi dostluğun rəmzinə çevrilib.

Kompozisiyanın musiqisi Renat Qaysinə, sözləri isə Daniyar Aldabergen və Elmira Dehqaniyə aiddir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO