Xankəndi bayramda belə bəzədilib - FOTO

Xankəndi bayramda belə bəzədilib - FOTO

Hazırda oxunan: Xankəndi bayramda belə bəzədilib - FOTO
227906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi şəhərindəki Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir.

Bizim.Media xəbər verir ki, şəhər başdan-ayağa bayram əhval-ruhiyyəsi ilə bəzədilib.

Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yarmarka keçirilir. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin gənclər üçün kreativ oyunlar, master- klaslar təşkil edilib.

Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaqlar gəlir. Xankəndi ilə tanışlıq bu gözəl diyara qonaq gələn insanlarda zəngin təəssürat yaradıb. Qonaqlar Xankəndidə “Qış nağılı” yarmarkasını ziyarət etməklə bərabər, şəhərin gəzməli, görməli yerləri ilə tanış olub şəkil çəkdirirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO