“Qara qutu” üç ölkənin iştirakı ilə açılacaq

“Qara qutu” üç ölkənin iştirakı ilə açılacaq

Hazırda oxunan: “Qara qutu” üç ölkənin iştirakı ilə açılacaq
227885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, “qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.
 

“Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.


Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO