Cavid Qurbanovun köməkçisi bir qrup Kəlbəcərlinin problemlərini dinlədi  - FOTOLAR

Cavid Qurbanovun köməkçisi bir qrup Kəlbəcərlinin problemlərini dinlədi - FOTOLAR

Hazırda oxunan: Cavid Qurbanovun köməkçisi bir qrup Kəlbəcərlinin problemlərini dinlədi - FOTOLAR

227612
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.xa0

Növbəti qəbul 01 İyun 2018-ci il tarixində keçirildi. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilmiş , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib.xa0

Bildirilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilmişdir. Qəbulda 88 nəfər seçici iştirak edib.

Bildirilib ki, Millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO