Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO

Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO

Hazırda oxunan: Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO
611340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın ən varlı şəxsi Mukeş Ambaninin qızı İşa Ambani “Met Gala 2026” mərasimində ən çox müzakirə olunan qonaqlardan biri olub.

Bizim.Media xəbər verir ki, o, qırmızı xalçada hind dizaynı və ənənəvi sənətkarlığını əks etdirən xüsusi obrazda görünüb.

İşa Ambani dizayner Qaurav Quptanın onun üçün hazırladığı xüsusi sari geyinib. Əl işi olan geyimin hazırlanmasına 50-dən çox usta cəlb edilib və proses 1200 saatdan çox vaxt aparıb.

Sari qədim hind freskalarından və dini süjetli ənənəvi piçvai rəssamlığından ilhamlanaraq hazırlanıb.

Obrazın ən diqqətçəkən hissəsi brilyantlarla bəzədilmiş korset olub. Məlumata görə, geyimdə Ambani ailəsinin şəxsi kolleksiyasından 200-dən çox qədim kəsimli brilyant istifadə edilib.

Onun obrazını ümumi çəkisi 250 karatdan çox olan iki brilyant boyunbağı, brilyant kəmərlər və digər zərgərlik nümunələri tamamlayıb.

Stilistlərin sözlərinə görə, ümumilikdə obrazda 1000-dən çox qiymətli daş və 1800 karatdan artıq zinət elementi yer alıb.

İşa Ambaninin Met Gala görünüşü Hindistan irsini, əl işini və müasir modanı birləşdirən “canlı sənət əsəri” kimi təqdim olunub.

Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO - foto 1
Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO - foto 2
Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO - foto 3
Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO