Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO

Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO
227256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında baş verən qəzasında həlak olan Cəlilabad rayon sakini Qoşqar Sadıqov Mirzəli kəndində torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 27 yaşlı Qoşqar Sadıqovun nəşi ailəsinə təhvil verildikdən sonra vida mərasimi təşkil olunub və gecə saatlarında dəfn mərasimi baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqarın nəşi bu gün ailəsinə TƏHVİL VERİLƏCƏK - FOTO/VİDEO


Subay olan mərhumun bir bacısı və bir qardaşı var idi.

O, Qroznıda çalışırdı.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO - foto 1
Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO - foto 2
Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqar dəfn olunub - FOTO - foto 3

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO