“Mətbuatımızda senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır”

“Mətbuatımızda senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır”

Hazırda oxunan: “Mətbuatımızda senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır”

225737
“Mətbuatımızda senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyi nəticəsində 1998-ci ildə Azərbaycanda senzura ləğv edilmiş, media azadlığı sözün həqiqi mənasında təmin olunmuşdur”.

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan mətbuatlı” adlı konfransdakı çıxışı zamanı bildirib.

V.Səfərli H.Əliyevin hər zaman mətbuatın iqtisadi problemlərinin həlli istiqamətində də ciddi addımlar atdığını bildirib:

“Heydər Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərini, eləcə də iqtisadi problemlərini diqqət mərkəzində saxlayıb, bu problemlərin həlli istiqamətində ciddi addımlar atıb. Ötən əsrin 90-cı illərində Azərbaycan mətbuatında iqtisadi baxımdan böyük problemlərin olduğu kimsəyə sirr deyil. H.Əliyev o zaman qəzetlərin nəşriyyatlara olan borclarının dondurulmasına nail oldu. Hansı ki, daha sonra prezident İlham Əliyev tərəfindən bu borc nəşriyyatlara dövlət tərəfindən ödənildi. Bir tək bu faktın özüxa0 H.Əliyevin medianın problemlərinə, çətinliklərinə necə böyük həssaslıqla yanaşdığını göstərir.

Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin mətbuata qayğı siyasəti bu gün də onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bu, ölkəmizdə mediaya, bu sahədə çalışanların əməyinə necə böyük qiymət verildiyinin göstəricisidir”.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO