Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO

Hazırda oxunan: Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO
225728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edilir.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
 

Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.


Hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.

Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.

Məzunlara hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumatı (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.az, www.pa.edu.az internet saytlarından, Polis Akademiyasının rəsmi instaqram və feysbuk sosial şəbəkələrindən əldə etmək olar.

Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO - foto 1
Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO - foto 2
Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO - foto 3
Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO - foto 4
Polis Akademiyasında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO