ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO

ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO

Hazırda oxunan: ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO
225539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADA Universiteti ixtisasları sırasına daha birini əlavə edərək hüquqşünaslıq üzrə magistr proqramını təqdim edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanda hüquq təhsilinin inkişafında mühüm rol oynayacaq bu proqramın təqdimatını keçirmək, həmçinin ictimaiyyəti məlumatlandırmaq məqsədilə dekabrın 16-sı Açılış tədbiri keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Hüquq sahəsində dərin elmi tədqiqatlara ehtiyac var” – Nazir


ADA Universitetinin akademik portfelində xüsusi yerə malik olacaq və hüquq təhsili sahəsində beynəlxalq standartlara cavab verəcək bu yeni proqramın təqdimatında Hüquq fakültəsinin dekanı Rəşad İbadov ilk çıxış edərək proqramın milli hüquq sisteminin inkişafına verə biləcəyi töhfələrdən bəhs edib.

ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 8

Qeydiyyat və Tələbə xidmətləri üzrə prorektor Günay Ziyadova çıxışı zamanı proqramın ADA Universitetinin təhsildə mükəmməllik missiyası ilə olan əlaqəsinə, akademik kurrikulum vasitəsilə tələbələri yerli və beynəlxalq əmək bazarına hansı formada hazırlayacağına, eləcə də qəbul və seçim meyarlarına toxunub.  

Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov yeni proqramın tədris planı, metodu və strukturundan, habelə müasir çağırışlara cavab verən hüquqşünaslar yetişdirmək üçün nəzərdə tutulan nəzəri və praktiki yanaşmasından söhbət açıb.

Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov proqramın hüquqi islahatları irəli aparmaq və karyera inkişafını dəstəkləmək kimi vacib ehtiyacları hansı formada qarşılayacağını açıqlayıb.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Fərid Əhmədov təqdim edilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquq təhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib:

ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 9

"Bizdə məslək olaraq hüquqşünaslığı mənimsəmiş xeyli sayda peşəkar hüquqşünaslar var. Hüquq sahəsinin inkişafında atacağınız bir sıra addımlar var ki, hesab edirəm ki, magist proqramı bu addımların əsasını qoymuş olur".

Tədbirdə yekun nitqlə çıxış edən Rektor Hafiz Paşayev vurğulayıb ki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiq sahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADA Universiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil, Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminin gələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.

ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 1
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 2
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 3
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 4
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 5
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 6
ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO - foto 7

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO