Bu il Azərbaycanda baş verən yanğınların sayı AÇIQLANDI

Bu il Azərbaycanda baş verən yanğınların sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il Azərbaycanda baş verən yanğınların sayı AÇIQLANDI
225521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ildə respublika üzrə il ərzində 13545 yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

O bildirib ki, Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb:
 

"Bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib.


Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO