
- A-
- A
- A+
Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc vəfat etdi - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, dünən saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, B.Həsənli bu gün saat 02 radələrində xəstəxanada ölüb.
*** 00:43
Dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib. B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































