Sərnişinlər avtobusdan, daşıyıcı şirkət isə sərnişinlərdən NARAZILIQ edirlər - VİDEO

Sərnişinlər avtobusdan, daşıyıcı şirkət isə sərnişinlərdən NARAZILIQ edirlər - VİDEO

Hazırda oxunan: Sərnişinlər avtobusdan, daşıyıcı şirkət isə sərnişinlərdən NARAZILIQ edirlər - VİDEO
225409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qobu Park" yaşayış kompleksinin sakinləri marşrutla bağlı problem yaşayırlar.

Bizim.Media Xezerxeber.az-a istinadən məlumat verir ki, sərnişinlər 194 nömrəli avtobusların köhnə olmasından narazıdırlar.

Bəzi sərnişinlər isə marşrut xəttinin yalnız 20 Yanvar ərazisinə getməsindən şikayətçidirlər.

Sürücülər də təsdiqləyirlər ki, yaşayış kompleksi açılandan eyni avtobuslarla işləyirlər.

Daşıyıcı şirkətin əməkdaşları isə sərnişinlərdən narazılıq edir. Onlar deyirlər ki, sakinlər avtobuslarda təmizliyə riayət etmirlər.

Şirkət əməkdaşının sözlərinə görə, sözügedən xətt üzrə yeni elektrobuslar gətiriləcək. Marşrut xəttinin intervalı təxminən 10-12 dəqiqə təşkil edir. Digər metroətrafı ərazilərə də avtobusların işləməsi məsələsi isə hələ ki, gündəmdə deyil.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO