Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Hazırda oxunan: Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
224674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, eləcə də Balakən rayonu ərazisində qaz xətlərində  aşkar olunmuş qaz sızmalarının ləğvi və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə 11.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən bildirilib.
 

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev, Y.Nəsirov küçələrinin, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsinin, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin, yeni yaşayış sahəsinin, Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Regionlar üzrə isə Balakən rayonunun (Balakən şəhəri ,1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO