Narkotikin təsiri altında olan sürücü saxlanıldı – FOTO

Narkotikin təsiri altında olan sürücü saxlanıldı – FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında olan sürücü saxlanıldı – FOTO
224632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün "saxla" işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən rayon sakini M.Şirinovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün marixuana istifadə etdiyi məlum olub.

M.Şirinov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sonuncunun sürücülük hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

Narkotikin təsiri altında olan sürücü saxlanıldı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO