Diplomatik nümayəndəlik və konsulluqda xidmət keçən şəxslərin əmək müqavilələrinə xitam verilməsi prosesinə dəyişiklik olunur.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 07.12.2024
Bu şəxslərin əmək müqavilələrinə xitam verilməsi prosesinə DƏYİŞİKLİK olunur
Hazırda oxunan: Bu şəxslərin əmək müqavilələrinə xitam verilməsi prosesinə DƏYİŞİKLİK olunur
Hazırda oxunan: Bu şəxslərin əmək müqavilələrinə xitam verilməsi prosesinə DƏYİŞİKLİK olunur
224139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.