Dekabrın ilk həftəsi olmasına baxmayaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə istilik sistemi hələ də yoxdur.
Bizim.Media xəbər verir ki, bu hal şagirdlərin və valideynlərin narazılığına səbəb olub.
"Uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar. Bilmirik ki, uşaqlarımızı məktəbə gətirək, yoxsa həkimə aparaq", - deyə valideyn bildirib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə xətlərdəki problemlə əlaqədar istiliyin verilməsində qısamüddətli məhdudiyyət yaranıb:
"Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görülür".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 05.12.2024
281 nömrəli məktəbdə uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar - VİDEO
Hazırda oxunan: 281 nömrəli məktəbdə uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar - VİDEO
Hazırda oxunan: 281 nömrəli məktəbdə uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar - VİDEO
223895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.