Azərbaycanda bu məhsullar bahalaşdı – QİYMƏTLƏR/VİDEO

Azərbaycanda bu məhsullar bahalaşdı – QİYMƏTLƏR/VİDEO

Hazırda oxunan: Azərbaycanda bu məhsullar bahalaşdı – QİYMƏTLƏR/VİDEO
223636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər veirr ki, qiymət artımını satıcılar da təsdiq edirlər.
Bakının "8-ci kilometr" bazarına hər bölgədən məhsul gətirilir. Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.
 

Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.


Alıcılar isə artım olsa da, bazardan məhsul almaq mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır. Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.

Xalid Kərimli qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib.

Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO