Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO

Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO

Hazırda oxunan: Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO
223518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb.

Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, İ.Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO