Yardımlıda narkokuryer qohumlar TUTULDU - FOTO

Yardımlıda narkokuryer qohumlar TUTULDU - FOTO

Hazırda oxunan: Yardımlıda narkokuryer qohumlar TUTULDU - FOTO
223326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, əməliyyat zamanı 31 yaşlı Asəddin Feyziyev və əvvəllər məhkum olunmuş qohumu, 32 yaşlı Tural Kazımov saxlanılıb.
 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamini maddi qazanc qarşılığında təyin olunmuş ünvana çatdırmağa razılaşıblar.


Faktla bağlı cinayət işi açılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

Yardımlıda narkokuryer qohumlar TUTULDU - FOTO - foto 1
Yardımlıda narkokuryer qohumlar TUTULDU - FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO