Lənkəran şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində axşam saatlarında qeydə alınıb.
Hərəkətdə olan Masallı rayon sakininə məxsus "Qazel" markalı avtomobil yolu əks istiqamətə keçmək istəyən 1982-ci il təvəllüdlü şəhər sakini Gülnarə Sucəddin qızı Əliyevanı vurub.
Sürücü dərhal yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, G.Əliyeva ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu