Sabirabadda DƏHŞƏTLİ HADİSƏ: "Azərenerji"nin əməkdaşlarından biri öldü, digəri yaralıdır

Sabirabadda DƏHŞƏTLİ HADİSƏ: "Azərenerji"nin əməkdaşlarından biri öldü, digəri yaralıdır

Hazırda oxunan: Sabirabadda DƏHŞƏTLİ HADİSƏ: "Azərenerji"nin əməkdaşlarından biri öldü, digəri yaralıdır

223097

Sabirabad rayonunun iki sakini Salyan-Biləsuvar sərhədində elektrik dirəyindən yıxılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində biri ölüb, digəri isə ağır yaralanıb.

Hadisə 15-20 metr hündürlükdə elektrik xətlərini çəkərkən baş verib. Zərərçəkənlər - 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədovdur.
 

Məlumata əsasən, hər iki şəxs ağır bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılan zaman Novruz Manafov yolda həyatını itirib. Digər yaralı Aqşin Gülməmmədova ilkin tibbi yardım göstərilib, lakin vəziyyətinin ağır olması səbəbindən onun Bakıya göndərilməsi planlaşdırılır.


Qeyd olunur ki, hər iki şəxs "Azərenerji"nin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO