Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO

Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO

Hazırda oxunan: Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO
222836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə müəssisə kollektivinə təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə konservatoriyanın rektoru vəzifəsində çalışmış Siyavuş Kərimiyə ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti, bu günədək qazandığı nailiyyətlərdəki xüsusi əməyinə görə təşəkkür edib. Yeni təyin edilən rektor Kamilə Dadaş-zadəyə fəaliyyətində uğurlar arzulayan nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.

Çıxış edən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının yaradılması tarixi və fəaliyyətinə toxunub, Kamilə Dadaş-zadəyə yeni fəaliyyətində uğurlar arzulayıb.
 

Sonda çıxış edən rektor Kamilə Dadaş-zadə ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini, akademiyada qoyulan ənənələrə sadiq qalacağını qeyd edib.


Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, Kamilə Hüseyn qızı Dadaş-zadə bu vəzifəyə gətirilib.

Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO - foto 1
Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO - foto 2
Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO - foto 3
Milli Konservatoriyanın rektoru kollektivə təqdim olundu - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO