Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO

Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO

Hazırda oxunan: Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO
222603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonunda növbəti dəfə qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu dəfə üç nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxslər Zaqatala şəhərindəki dönərxanalardan birində dönər yedikdən bir neçə saat sonra vəziyyətləri pisləşib.

Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 4

Yaz-yay aylarında Zaqatala rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verərkən bunu hava şəraiti və qidanın tərkibindəki mayenezlə bağlı olduğu bildirilirdi. Bu dəfə isə şəhərdəki fərqli ünvanda dönərdən zəhərlənmə qeydə alınıb.

Bizim.Media-ya Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, zəhərlənən şəxslər aşağıdakılardır:

Cobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 16 yaşlı İradə Əsədullayeva, Qazangül qəsəbə sakini, 15 yaşlı Əli Atayev.

Məsələ ilə bağlı xəstəxananın təcili yardım şöbəsinin həkimi Fizuli Arzumanov bildirib ki, daxil olmuş şəxslərə “dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya” diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 5

Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

Bu gün Zaqatalada zəhərlənmə hadisəsinin baş verdiyi ehtimal edilən dönərxana xaric digər dönərxanalar fəaliyyətlərini normal qaydada davam etdirib. Onların əti hansı mənbələrdən aldıqları və necə bişirdikləri ilə maraqlandıq. 6 ildir dönərçi işləyən Cuməli Şıxverdiyevin sözlərinə görə istər ət, istərsə toyuq əti üçün dönəri Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi və sertifikatı olan şirkətlərdən alırlar. Dönərçi onu da qeyd edir ki, əti bişirərkən onun tam hazır olduğuna əmin olmalısan. Dönərə əlavə edilən pomidor, xiyar, mayonez və dönərin souzuna ciddi fikir verməli, onların keyfiyyəti diqqətdə saxlanmalıdır.

Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 6

Dönərçi maraqlı bir təkliflə çıxış edərək bildirib ki, bu sahədə çalşan hər kəs müvafiq təlimlərə cəlb edilməli və təcrübəli ustaların yanında iş təcrübəsi keçməlidir. Belə olan halda insanların dönərdən zəhərlənmə faktları da azalacaq.

Qeyd edək ki, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 1
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 2
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – FOTO - foto 3




Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO