RAZILAŞMA: İsrail 2 ay ərzində hərbçilərini Livanın cənubundan çıxaracaq.

RAZILAŞMA: İsrail 2 ay ərzində hərbçilərini Livanın cənubundan çıxaracaq.

Hazırda oxunan: RAZILAŞMA: İsrail 2 ay ərzində hərbçilərini Livanın cənubundan çıxaracaq.
222570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.
 

Razılaşmanın yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə mindiyi bildirilib.


Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq.

Xatırladaq ki, dünən axşam İsrailin hərbi-siyasi kabinetinin Baş nazir Benyamin Netanyahu tərəfindən təşkil edilən “Hizbullah”la atəşkəs planını təsdiq etdiyi məlum olub. ABŞ Prezidenti Co Bayden razılığın Vaşinqtonun təşəbbüsü ilə əldə olunduğunu açıqlayıb.

Onu da bildirək ki, İsrail cari ilin sentyabrın sonunda Livanda “Hizbullah”ın infrastrukturunun məhv edilməsi ilə bağlı hərbi əməliyyata başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO