Qarabağda yeni Milli Park yaradılacaq

Qarabağda yeni Milli Park yaradılacaq

Hazırda oxunan: Qarabağda yeni Milli Park yaradılacaq
22176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır:

"Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra ərazidə yeniliklər nəzərdə tutulub. Hazırda təmizlənmiş ərazilərə baxılır. Eyni zamanda həmin ərazilərin sərhədlərinə baxılır. Çünki xəritələr köhnə sovet dövrünün xəritələridir. Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli Park yoxdur. Gələcəkdə orada Milli Parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib".

A.Səmədova deyib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər:

"Amma hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi yoxdur. Kəlbəcərdə xüsusi mühafizə olunan ərazinin yaradılması məsələsinə baxıla bilər. Kəlbəcərdə elə xüsusi bitki növü mövcuddur ki, o növün qorunmasına ehtiyac var. Bu prosesdə alimlərin də fikirləri nəzərə alınacaq". (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO